Bazar ertəsi–Şənbə: 09:00–18:00 WhatsApp
Tez-tez verilən suallar

FAQ

Qəbul, qiymət, ödəniş, ünvan (Qazax), prosedurlar və xəstəliklər barədə ən çox verilən suallar.

Ümumi və xidmət sualları

StarMed Klinikası Qazaxda 17 istiqamət üzrə xidmət göstərir: laboratoriya, USM, kardiologiya, mama-ginekologiya, endokrinologiya, stomatologiya, travmatologiya-ortopediya, urologiya-andrologiya, pediatriya, nevrologiya, oftalmologiya, dermatologiya, pulmonologiya, LOR, onkologiya-mammologiya, terapiya və kosmetologiya.

Tam avtomatlaşdırılmış laboratoriyada əksər analizlər dəqiq və sürətli — çox vaxt günün sonuna qədər — hazır olur. Histoloji nümunələr Türkiyənin patohistoloqlarına göndərilir.

USM müayinələri ən müasir Voluson E10 cihazı ilə radioloq-USM mütəxəssisi tərəfindən aparılır.

Voluson E10 USM cihazı, aleksandrit əsaslı Candela GentleLase Pro və diod lazer epilyasiya aparatları, tam avtomatlaşdırılmış laboratoriya və kardioloji (EKQ, EXO) avadanlıq.

Qəbul, qiymət və ödəniş

Qəbula yazılmaq üçün 055 642 20 56 nömrəsinə zəng edə, WhatsApp yaza və ya birbaşa klinikaya — Əminə Dilbazi 28, Qazax — gələ bilərsiniz. Dəvətli həkimlərə öncədən qeydiyyat mütləqdir.

StarMed Klinikası region üzrə ən sərfəli qiymətləri ilə tanınır. Dəqiq qiymət üçün bizimlə əlaqə saxlayın: 055 642 20 56.

Bəli, bir sıra xidmətləri BirKart ilə faizsiz hissəli ödəyə bilərsiniz.

Xeyr, StarMed Klinikasında stomatoloji müayinə ödənişsizdir.

Ünvan və əlaqə (Qazax)

StarMed Klinikası Qazax şəhərində, Əminə Dilbazi küçəsi 28 ünvanında (keçmiş diş poliklinikasının yeri) yerləşir.

Qazax, Ağstafa, Tovuz və ətraf bölgələrin sakinlərinə xidmət göstəririk; dəvətli uzmanlar Bakı, Gəncə və Şəmkirdən gəlir.

Mobil: 055 642 20 56 və 051 643 20 56; stasionar: 022 295 08 88. E-mail: info@starmedklinika.site.

Klinika həftənin 6 günü, bazar ertəsindən şənbəyə qədər 09:00–18:00 arası fəaliyyət göstərir.

Prosedur sualları

EXO ürəyin daxili strukturunun və funksiyalarının səs dalğaları ilə müayinəsidir — ürəyin USM-i. Ürək klapanları, divarları və damarları incələnir.

Aleksandrit əsaslı Candela GentleLase Pro və diod lazer cihazları ilə peşəkar lazeroloq tərəfindən.

Səhər saatlarında, acqarına, stress və fiziki yüklənmə olmadan verilməlidir; analizdən əvvəl cinsi əlaqə tövsiyə olunmur.

Uroloji müayinə, uroloji USM, qanın və sidiyin ümumi analizi, urogenital yaxma, testosteron və spermaqramma.

Xəstəlik sualları

Tam yox. Pap test normal olan xəstələrdə də kolposkopiya zamanı xərçəngönü dəyişikliklər aşkarlana bilir; ixtisaslaşmış həkim müayinəsi vacibdir.

Bəli. Erkən və orta mərhələlərdə PRP, hialuron turşusu və kök hüceyrə proseduru ilə əməliyyatsız müalicə mümkündür.

Böyüklərdə norma 0.4–4.0 arasıdır; aşağı dəyər hipertireoz, yüksək dəyər hipotireoz ehtimalını göstərir. Nəticə həkim tərəfindən qiymətləndirilir.

Bəli, StarMed-də ginekoloq sonsuzluğun müayinə-müalicəsi ilə məşğuldur; klinikanın bu sahədə uğurlu nəticələri var.

Sağlamlığınızı bizə etibar edin

Qəbula yazılmaq və ya sual vermək üçün bizimlə əlaqə saxlayın. Sağlığınız varlığınızdır.

Zəng et WhatsApp